• 4 İyul 2025
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 315 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 315 mini ötüb

Rusiyada son sutka ərzində daha 16 568 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 634 603 nəfərə çatıb.
Son sutka ərzində 796 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 315 400 nəfərə çatıb.