• 12 İyul 2025
logo
Bolqarıstan Prezidenti və Baş naziri karantinə alınıb

Bolqarıstan Prezidenti və Baş naziri karantinə alınıb

Bolqarıstan Prezidenti Rumen Radev və Baş nazir Kirill Petkov karantinə alınıb.
TASS-ın verdiyi xəbərə görə, onlar Milli Təhlükəsizlik üzrə Məşvərət Şurasının iclasında iştirak etdikdən sonra bu addımı atıblar.
Belə ki, iclasa qatılan parlament sədri Nikola Minçevdə koronavirus aşkar olunub.
İclasa qatılmış bütün hökumət üzvlərinin özlərini təcrid etdikləri açıqlanıb.