Rusiya Ordusu Ukraynanın Sumı vilayətində bir neçə istiqamət üzrə irəliləyir.
Ukrayna KİV-i xəbər verir ki, hazırda Axtırka və Sumı şəhərləri uğrunda şiddətli döyüşlər gedir.
“Hazırda Sumı vilayətinin ərazisində Rusiya Federasiyasının texnikası hərəkət edir”, - deyə vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski “Facebook”da yazıb.
Rusiya Ordusunun tank kolonları Sumı şəhəri, Xotın, Mezenovka kəndində, Bolşoy Pisarevka qəsəbəsində hərəkət edir.