Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
XİN-in məlumatında bildirilib ki, Krım və Donbasdakı vəziyyətlə yanaşı, son hadisələr onu deməyə əsas verir ki, Rusiyanın qoşunları hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə davam edir.
“Baxmayaraq ki, Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı deyil, ancaq Ukrayna əvvəllər verilmiş bəyanatlar əsasında Məhkəmənin yurisdiksiyasını qəbul edib.
Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinə iki bəyannamə təqdim edib. Birinci bəyannamə 21 noyabr 2013-cü ildən 22 fevral 2014-cü il tarixədək Ukraynada baş vermiş hadisələrə, ikincisi isə 20 fevral 2014-cü il tarixindən sonrakı dövrdə törədilmiş cinayətlərin davam etdirilməsinə aid idi. Bu iki bəyannamənin təhlili Prokurorluğa hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin törədildiyini təsdiqləməyə əsas verdi. Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməli və törədilmiş hər bir cinayətə görə cavab verməlidir. Bu, XXI əsrin Nürnberq məhkəməsi olacaq”, - qeyd olunub.