Rusiyanın təhdidlərinə baxmayaraq, NATO nüvə silahı ilə bağlı xəbərdarlıq səviyyəsini dəyişməyə ehtiyac duymur.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq AP-ya açıqlamasında deyib.
“Biz həmişə müttəfiqlərimizi qorumaq və müdafiə etmək üçün lazım olanı edəcəyik, lakin hesab edirik ki, hazırda NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur”, - Stoltenberq bildirib.
Stoltenberq Rusiyanın bir sıra sazişlər imzaladığını vurğulayaraq, nüvə müharibəsinin aparılmamasına razılaşdığını xatırladıb.