Rusiya Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviçi prezident elan etmək istəyir.
Bu barədə “Ukrainskaya Pravda” kəşfiyyat xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, xəyanətdə ittiham edilən keçmiş Prezident hazırda Minskdədir və Kreml onu prezident elan etmək üçün xüsusi əməliyyata hazırlaşdırır.
Xəbərə görə, Ukraynaya qayıtması üçün onun adından Ukrayna xalqına müraciət ünvanlanması və ya hər hansı informasiya əməliyyatının keçirilməsi mümkündür.