• 26 Dekabr 2024
logo
Boris Conson ilə Zelenski Ukraynadakı vəziyyəti müzakirə edib

Boris Conson ilə Zelenski Ukraynadakı vəziyyəti müzakirə edib

Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Baş nazirin ofisindən verilən xəbərdə deyilir.
Hər iki lider yaxın günlərdə prezident Putinə maksimum təzyiq göstərmək üçün sanksiyaların daha da genişləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.
Prezident Zelenski Ukraynaya müdafiə yardımının çatdırılmasında Böyük Britaniyanın dəstəyinə və rəhbərliyinə görə Baş nazirə təşəkkür edib və bunun Rusiya qüvvələrinə müqavimətdə həyati əhəmiyyət daşıdığını deyib.
Ukraynaya hücumlardan təəssüf hissini bölüşən Baş nazir Boris Conson bildirib ki, Böyük Britaniya Ukrayna xalqını və onun müqavimətini dəstəkləmək üçün əlindən gələni edir.
Baş nazir prezident Zelenskiyə deyib ki, Böyük Britaniya bu gün BMT Baş Assambleyasının Nyu-Yorkda günortadan sonra keçiriləcək iclasında Rusiyanın mümkün qədər sərt şəkildə qınanmasını təmin etmək üçün təşkilatın üzvləri ilə bir araya gəlir.
Baş nazir onun və Böyük Britaniya xalqının düşüncələrinin və dualarının Ukrayna xalqının yanında olduğunu söyləyib.