• 26 Dekabr 2024
logo
Britaniya kəşfiyyatı Xersonun Rusiya Ordusunun nəzarətinə keçməsini təsdiqləmir

Britaniya kəşfiyyatı Xersonun Rusiya Ordusunun nəzarətinə keçməsini təsdiqləmir

Son üç gündə Rusiya qüvvələri Ukraynada cüzi irəliləyiş əldə edib.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, Kiyevə doğru irəliləyən böyük rus kolonunun əsas hissəsi Ukraynanın güclü müqaviməti, mexaniki nasazlıq və həddindən artıq yüklənmə səbəbindən gecikir və şəhərin mərkəzindən 30 km-dən çox məsafədə qalır.
"Rusiyanın Xarkov, Çerniqov və Mariupol şəhərlərini şiddətli atəşə tutmasına baxmayaraq, bu şəhərlər Ukraynanın əlində qalır. Bəzi rus qüvvələri Xerson şəhərinə daxil olub, lakin hərbi vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Rusiya Müdafiə Nazirliyi bu müharibədə artıq 498 rus əsgərinin həlak olduğunu, 1597-nin isə yaralandığını etiraf etmək məcburiyyətində qalıb. Ölənlərin və yaralananların faktiki sayı, demək olar ki, xeyli çox olacaq və artmaqda davam edəcək", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətin məlumatında qeyd olunub.