• 26 Dekabr 2024
logo
Rusiya XİN: Moskva təhlükəsizlik zəmanətləri üzrə ABŞ-la dialoqa hazırdır

Rusiya XİN: Moskva təhlükəsizlik zəmanətləri üzrə ABŞ-la dialoqa hazırdır

ABŞ-ın məsləhətləşmələri dayandırmaq qərarına baxmayaraq, Rusiya strateji sabitlik üzrə dialoqun pozulmayacağına ümid edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RBK-nın efirində bildirib.
Onun sözlərinə görə, Moskva təhlükəsizlik zəmanətləri və strateji sabitlik üzrə dialoqa hazırdır: “Təəssüf edirik ki, bir neçə gün əvvəl Vaşinqtondakı həmkarlar təmasları dayandırmaq, daha sonraya təxriə salmaq barədə qərar qəbul etdilər və bunu elan etdilər. Ümid edirəm ki, bütövlükdə bu proses pozulmayacaq".