• 27 Dekabr 2024
logo
KTMT sülhməramlıları BMT əməliyyatlarına qatıla bilər

KTMT sülhməramlıları BMT əməliyyatlarına qatıla bilər

Rusiya Prezidenti Vladimir Putin “əlaqələndirici dövlət” anlayışının tətbiqini nəzərdə tutan KTMT-nin sülhməramlı sazişinə dəyişiklik edilməsinə dair protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.
Protokolun mətni Dumanın elektron bazasında yerləşdirilib.
“Protokolla “əlaqələndirici dövlət” anlayışı tətbiq olunur və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin yaradılmasını nəzərdə tutur”, - deyə protokolda qeyd olunub.
Sənədə əsasən, “əlaqələndirici dövlət” təşkilati məsələlərin və kollektiv sülhməramlı qüvvələrin BMT-nin sülhməramlı əməliyyatlarında istifadəsinə hərtərəfli dəstək məsələlərinin həlli üçün Kollektiv Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən üzv dövlətlərdən biridir.
Dumanın məlumat bazasında yerləşdirilən sənəddə deyilir ki, BMT-nin sülhməramlı əməliyyatında istifadə üçün Kollektiv Sülhməramlı Qüvvələr əlaqələndirici dövlətin himayəsi altında yaradılır.
Qeyd edək ki, protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə imzalanıb.