Rusiya müharibə bölgəsinə humanitar yardım çatdırılmasına icazə verməlidir.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Slovakiya Baş naziri Eduard Heger ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ehtiyac duyulan yardımlar Ukraynaya çatmalıdır.
“Ona görə də humanitar dəhlizlər açılmalıdır. Humanitar konvoyların təhlükəsiz keçidə ehtiyacı var. Mülki şəxslərin mühasirəyə alınmış şəhərləri təhlükəsiz tərk etməsinə icazə verilməlidir. Rusiya humanitar tərəfdaşlarımızın müharibə bölgəsinə yardım çatdırmasına icazə verməlidir”, - o bildirib.