• 27 Dekabr 2024
logo
Kiyev humanitar dəhlizlərin açılmasına razılıq verib

Kiyev humanitar dəhlizlərin açılmasına razılıq verib - YENİLƏNİB

Volnovaxa və Mariupolda humanitar təxliyə dəhlizləri açılmağa hazırlanır.
Bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.
O bildirib ki, təxliyə olunanlar dəstələrə bölünür.
“Tərəflər dəhlizlərin ərazisində atəşi müvəqqəti dayandırıb...”, - Podolyak vurğulatyıb.
***
10:57

Rusiya Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən əhalinin çıxması üçün sükut rejimi tətbiq edib.
Rusiya Müdafiə Nazirliyinin xəbər verir ki, rejim bu səhər Moskva vaxtı ilə 10:00-da qüvvəyə minir və Mariupolla Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxması üçün humanitar dəhlizlər təşkil edilir.
Rusiya tərəfi humanitar dəhlizlərin marşrutunun Ukrayna tərəfi ilə razılaşdırıldığını açıqlayıb.