• 26 Dekabr 2024
logo
Putin Makrona Ukrayna ilə bağlı əsas şərtini açıqlayıb

Putin Makrona Ukrayna ilə bağlı əsas şərtini açıqlayıb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynada xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğunu bildirib.
Bu, Kremlin görüşlə bağlı yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, Rusiya və Fransa prezidentləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
***
saat 17.35

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“France-Presse” agentliyinin verdiyi xəbərə görə, dövlət başçıları arasında telefon danışığı 1 saat 45 dəqiqə davam edib.
V. Putin və E. Makron Ukrayna böhranı ilə bağlı müzakirə aparıblar.