Rusiyanın son 24 saat ərzində Xarkovda yaşayış yerlərini atəşə tutması nəticəsində ən azı 8 nəfər həlak olub.
CNN-in xəbərinə görə, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, yerli vaxtla 19:15-də şəhərin atəşə tutulması nəticəsində çoxmərtəbəli yaşayış binaları, inzibati binalar, tibb və təhsil müəssisələri, yataqxanalar ya qismən, ya da tamamilə yararsız hala düşüb.
Şəhərin mərkəzi hissəsində 21 yaşayış binasında geniş miqyaslı yanğın baş verib, təxminən 200 nəfər yanan binalardan xilas edilərək təxliyə olunub.
Qeyd olunub ki, səlahiyyətli qurumlar hələ də potensial qurbanlarla bağlı əlavə məlumatlar toplamağa davam edir.