• 26 Dekabr 2024
logo
Britaniya, Kanada və Hollandiya liderləri görüşəcək

Britaniya, Kanada və Hollandiya liderləri görüşəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Londonda kanadalı və hollandiyalı həmkarı ilə danışıqlar aparacaq.
Bu barədə Baş Nazirliyin ofisindən məlumat verilib.
Bildirilib ki, Boris Conson bu gün "Downing Street"də Kanadanın Baş naziri Castin Trüdo və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşəcək.
Liderlər birgə mətbuat konfransı keçirməzdən əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin üzvləri ilə görüşmək üçün Kral Hərbi Hava Qüvvələri bazasına baş çəkəcəklər.
Üç Baş nazir ayrıca ikitərəfli görüşlər və birgə üçtərəfli görüş üçün bir araya gələcək.
Görüşlərdə Boris Conson Rusiyanın Ukraynaya hücumu qarşısında Ukraynaya beynəlxalq arenada dəstək olmaq məqsədli müzakirələr aparacaq.