Moskva vaxtı ilə saat 13:00-a olan məlumata görə, Ukrayna tərəfi humanitar dəhlizlərin yaradılması ilə bağlı heç bir şərti yerinə yetirməyib.
Bunu Rusiya Müdafiə Nazirliyinin (MN) Milli İdarəetmə Mərkəzinin rəisi general-polkovnik Mixail Mizintsev bildirib.
“Saat 13:00-a olan məlumata görə, Ukrayna tərəfi humanitar dəhlizlərin yaradılması ilə bağlı heç bir şərti yerinə yetirməyib. Biz obyektiv nəzarət vasitələrini, o cümlədən pilotsuz uçuş aparatlarını diqqətlə müşahidə etmişik. Humanitar karvanların hazırlanması ilə bağlı bir dənə də olsun əməli tədbir görülməyib. Müəyyən edilib ki, millətçilər fiziki zorakılıq təhdidi altında mülki şəxsləri və xarici vətəndaşları qeyd olunan yaşayış məntəqələrindən sadəcə olaraq buraxmır”, - rusiyalı general vurğulayıb.