Ukrayna Silahlı Qüvvələri Nikolayev hava limanını geri qaytarıb.
“Unian.net” saytı xəbər verir ki, bu barədə Nikolayev regional hərbi idarəsinin rəhbəri Vitali Kim bildirib.
O qeyd edib ki, hava limanından uçuşlar üçün istifadə edilməsi hələ ki mümkün deyil, lakin Ukrayna hərbçiləri ərazidə möhkəmlənirlər.
Vitali Kim hava limanındakı Rusiya hərbçilərinin meşəlik əraziyə və digər bölgələrə qaçdığını deyib.
Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçilərinin Nikolayev hava limanını tutması barəsində xəbərlər yayılmışdı.