• 6 İyul 2025
logo
Ermənistanda rus dilində təhsil alanların sayı iki dəfə azalıb

Ermənistanda rus dilində təhsil alanların sayı iki dəfə azalıb

Ermənistanda son 30 il ərzində rus dilində təhsil alanların sayı iki dəfə azalıb.
“Sputnik Armenia”nın xəbərinə görə, bu barədə Rusiyanın Dil Siyasəti və Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Svetlana Kamışova bildirib.
O, ötən bu müddət ərzində Ermənistanda rus dilində təhsil alanların sayının iki dəfə azaldığını qeyd edib.
S. Kamışova göstəricilərin 1990-1991-ci illərin akademik göstəriciləri ilə 2020-2021-ci illərin göstəricilərinin müqayisəsi əsasında əldə edildiyini vurğulayıb.