Rusiya Ukraynanın Buça şəhərində insanların ölümündə əli olması ilə bağlı hər hansı iddiaları qəti şəkildə rədd edir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Üstəlik, biz hesab edirik ki, bu mövzu müzakirə edilməli, mümkün olan ən yüksək səviyyədə müzakirə olunmalıdır, ona görə də bu mövzuya baxılması təşəbbüsü var idi, bizim bu mövzuya BMT Təhlükəsizlik Şurasında baxılması təşəbbüsümüz var idi. Biz bilirik ki, bu təşəbbüsün qarşısı alınıb”, deyə Kremlin sözçüsü əlavə edib.
Peskov vurğulayıb ki, Ukrayna tərəfinin yaydığı videomateriallara etibar etmək olmaz, O, Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən həmin videolarda saxtakarlığının əlamətlərinin aşkar olunduğunu söyləyib.
"Vəziyyət əlbəttə ki, ciddidir. Bir çox beynəlxalq liderlər xüsusilə bəyanat verməyə tələsməsinlər, geniş ittihamlar irəli sürməyə tələsməsinlər, amma yenə də müxtəlif mənbələrdən məlumat tələb etsinlər və ən azı, arqumentlərimizi dinləsinlər”, - deyə o qeyd edib.