• 3 İyul 2025
logo
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiq göstərmək üçün sanksiyaları sərtləşdirməyə davam edəcək.
Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.
“Kremlə maksimum təzyiq göstərmək üçün sanksiyalarımızı sərtləşdiririk. Yeni sanksiyalar paketində kömür idxalına qadağa da daxildir.
Düşünürəm ki, neftlə, hətta qazla bağlı tədbirlərə də gec-tez ehtiyac olacaq”, - Aİ Şurasının prezidenti vurğulayıb.