• 15 Yanvar 2025
logo
Roma Papası Buçada baş verənləri qınayıb, Ukrayna bayrağını öpüb

Roma Papası Buçada baş verənləri qınayıb, Ukrayna bayrağını öpüb

Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb.
“Reuters“ xəbər verir ki, Papa Fransisk bu gün Vatikanda auditoriya qarşısında keçirdiyi görüş zamanı qətliamı qınayaraq Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb.
“Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”, - Papa bildirib.
Papa Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”.