Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığında xarici muzdluların toplanış və təlim mərkəzini yüksək dəqiqlikli “Bastion” raketləri ilə məhv edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Bastion” sahil raket kompleksindən yüksək dəqiqlikli raketlərlə Odessanın şimal-şərqində, Krasnoselka kəndi yaxınlığındakı əcnəbi muzdluların toplanış və təlim mərkəzi məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.