• 3 İyul 2025
logo
İranda daha 36 nəfər koronavirusdan ölüb

İranda daha 36 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 36 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 528 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3184 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7186992 nəfərə çatıb.