• 15 Yanvar 2025
logo
Gürcüstan hökuməti müsəlman icmasına 600 min lari ayıracaq

Gürcüstan hökuməti müsəlman icmasına 600 min lari ayıracaq

Gürcüstan hökuməti SSRİ dövründə dəymiş maddi və mənəvi zərərin kompensasiyası məqsədi ilə ölkənin müsəlman icmasına 600 min lari ayıracaq.
Bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, hökumət ölkənin dini icmasına ümumilikdə 1 milyon lari ayıracaq. Həmin vəsaitdən 600 min lari müsəlman icmasına, 200 min lari Erməni Apostol Kilsəsinə, yəhudi və katolik icmalarının hər birinə isə 100 min lari ayrılacaq.
Qeyd edək ki, Baş nazir İrakli Qaribaşvili sovet totalitar rejimi dövründə ölkənin dini icmalarına dəyən zərərə görə 2022-ci ilədək ödəniləcək məbləğin 1 milyon lari artırılaraq 4,5 milyon lariyə çatdırılması barədə qərar imzalayıb.