• 15 Yanvar 2025
logo
Bu gün Ukraynada 9 humanitar dəhliz açılacaq

Bu gün Ukraynada 9 humanitar dəhliz açılacaq

Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün 9 humanitar dəhliz açılacaq.
BBC-nin xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, mühasirədə qalan şəhərlərdən əhalinin çıxarılması üçün 9 humanitar dəhliz razılaşdırılıb. Humanitar dəhlizlərin açılacağı şəhərlər arasında həftələrdir mühasirədə qalan Berdyansk, Tokmak, Enerqodar və Mariupol şəhərlərinin də olduğunu bildirilib.
İ. Vereşçuk əlavə edib ki, Luqansk regionundan təxliyə dəhlizləri Rusiya Ordusu atəşi dayandıracağı təqdirdə fəaliyyət göstərəcək.