• 6 İyul 2025
logo
Britaniya kəşfiyyatı: “Mariupolun müdafiəsi Rusiyanın hücum imkanlarını məhdudlaşdırır”

Britaniya kəşfiyyatı: “Mariupolun müdafiəsi Rusiyanın hücum imkanlarını məhdudlaşdırır”

Prezident Putinin çərşənbə axşamı etdiyi çıxışı Rusiyanın yenilənmiş hücuma hazırlaşan Ukrayna qüvvələrinə zərbələr endirildiyi Donbasa marağının davam etdiyini göstərib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Məlumatda vurğulanıb ki, Ukraynanın şəhər mərkəzləri Rusiya tərəfindən təkrarlanan hücumlara məruz qalır.
“Kramatorks və Kostiantinovka şəhərləri ehtimal ki, Rusiyanın oxşar səviyyədə zorakılıqları üçün hədəf olacaq. Geniş yayılmış raket və artilleriya zərbələrinin kombinasiyası və qüvvələrin hücum üçün cəmlənməsi ənənəvi Rusiya hərbi doktrinasına dönüşdür. Lakin, bu nəzərəçarpan qüvvə sayı tələb edəcək. Ukraynanın Mariupolun müdafiəsini hazırda davam etdirməsi Rusiya qoşunları və vasitələrinin sayını nəzərəçarpan səviyyədə məhdudlaşdırır”, - deyə məlumatda qeyd olunub.