ABŞ hökuməti “Lazarus Group” haker qrupuna sanksiya tətbiq edib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Vaşinqton bu qrupun Şimali Koreya ilə əlaqəsi olduğunu iddia edir.
***
06.00
ABŞ kəşfiyyatı ötən ay 620 milyon dollar kriptovalyutanın ələ keçirilməsində Şimali Koreya ilə əlaqəli haker qrupunu ittiham edib.
MKİ-nin məlumatında göstrilir ki, Lazarus və APT38 adlı qruplar KXDR-lə sıx əlaqədardır. Hakerlər vəsaiti ələ keçirmək üçün onlayn oyunlardan istifadə ediblər.
ABŞ hərbi kəşfiyyatı bildirir ki, Şimali Koreyanın “121-ci büro” adlı haker qrupu həm ölkə daxilində, həm də xaricdə işləyir. Qriupun hazırda 6 mindən çox üzvü var. Ümumiyyətlə, Şimali koreyalı hakerlər ötən il 400 milyon dollardan çox vəsaiti öz hesablarına keçirə biliblər.