Rusiya ordusu Xarkov şəhərini atəşə tutub.
UNİAN xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinegubov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.
“Xarkov sakinləri, sizdən xahiş edirəm ki, zərurət olmadıqca küçələrə çıxmayın”, - deyə Oleq Sinegubov vurğulayıb.