• 15 Yanvar 2025
logo
Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb.
AFP xəbər verir ki, parlament Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkədə NATO-ya siyasi və ictimai dəstəyin artması ilə əlaqədar alyansa üzvlüklə bağlı müzakirələrə başlayıb.
Finlandiyanın Baş naziri Sanna Marin ölkəsinin üzvlük üçün müraciət edib-etməyəcəyi məsələsinə həftələr ərzində qərar verəcəklərini bəyan edib.
Ölkə mediası hazırda Finlandiyanın 200 deputatının təxminən yarısının NATO-ya üzvlüyü dəstəklədiyini, yalnız 12 deputatın buna qarşı olduğunu bildirir.