• 22 Dekabr 2024
logo
Zelenski: ""Azovstal"dan mülki əhalinin təxliyəsi başlandı"

Zelenski: ""Azovstal"dan mülki əhalinin təxliyəsi başlandı"

Ukraynanın Mariupol şəhərindəki “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyyəsinə yenicə başlayıblar.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Azovstal"dan mülki əhalinin təxliyyəsinə başlanılıb. Təxminən 100 nəfərdən ibarət ilk qrup artıq nəzarət edilən əraziyə yollanır. Biz onları sabah Zaporojyedə qarşılayacağıq. Komandamıza təşəkkür edirik! Hazırda onlar BMT nümayəndələri ilə birgə zavodda qalan mülki şəxslərin təxliyəsi üçün işləyirlər."