• 21 Dekabr 2024
logo
Azərbaycan XİN Ermənistanda baş verənlərə münasibət bildirib

Azərbaycan XİN Ermənistanda baş verənlərə münasibət bildirib

Ermənistanda bu gün müəyyən mənada etirazlar var. Müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bu, Ermənistanın daxili işidir.
Nazir müavinin sözlərinə görə, görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib.
“Bu proses davam edir”, - Xələf Xələfov vurğulayıb.