Rusiyanın Xabarovsk diyarının Amur rayonunda hərbi hissədə partlayış baş verib.
TASS xəbər verir ki, Teysin qəsəbəsində yerləşən hərbi hissənin partlaması zamanı 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbi açıqlanmır.