• 21 Dekabr 2024
logo
Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib - YENİLƏNİB

Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.
Prezident Sauli Niinisto Baş nazir Sanna Marinlə birgə bəyanatında ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etməli olduğunu bəyan edib.
“Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir”, -Niinisto və Marinin birgə bəyanatında qeyd olunub.
***
03:59

Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin cümə axşamı ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqelərini açıqlayacaqlar.
Bu barədə yerli "YLE" telekanalı dövlət başçısının dəftərxanasına istinadla xəbər verib.
Qeyd olunur ki, onların məsələylə bağlı münasibətini əks etdirən məlumat 12 may yerli vaxtla 10:00 açıqlanacaq.
Marin daha əvvəl Yaponiyanın NHK telekanalına müsahibəsində bildirmişdi ki, Finlandiya hakimiyyəti bir həftə ərzində ölkənin NATO-ya mümkün daxil olması ilə bağlı qərar verəcək.