Ukraynada müharibə başlayan gündən indiyə qədər 650 uşaq zərər görüb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, onlardan 229-u həlak olub, 421 uşaq yaralanıb.
Eyni zamanda bildirilib ki, müharibə başlayanda Ukraynada 1748 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 144-ü tamamilə məhv edilib.