Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verib.
Bu barədə parlamentin spikeri Matti Vanhanen deyib.
O bildirib ki, parlamentdə keçirilən səsvermədə 188 parlamentari NATO-ya üzvlüklə bağlı müraciətin lehinə, 8-i isə əleyhinə səs verib.
Ölkənin xarici işlər naziri Pekka Haavisto isə deyib ki, üzvlüklə bağlı müraciət məktubu bu gün axşam göndəriləcək.