ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bəyan edib.
Co Bayden Şimali Koreya liderinin xoş niyyətli görüşə hazır olduğuna əmin olduğu təqdirdə, onunla görüşə biləcəyini bildirib.
“Mənim Şimali Koreya lideri ilə görüşə biləcəyimə gəldikdə isə, bu onun səmimi və ciddi olmasından asılıdır”, - Co Bayden Cənubi Koreya Prezidenti Yun Suk Yeol ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.