• 1 İyul 2025
logo
Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikov ilə telefon danışığı aparıb.
Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı nazir Akar Ukrayna limanlarında gözləyən ticarət gəmiləri və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz gətirilməsinin təmin edilməsi mövzularına toxunub.