• 7 İyul 2025
logo
ABŞ strateji bombardmançıları İran yaxınlığına yerləşdirir

ABŞ strateji bombardmançıları İran yaxınlığına yerləşdirir

ABŞ hökuməti B-52 strateji bombardmançı təyyarələrini Luiziana ştatındakı aviabazadan Hind okeanında yerləşən Dieqo Qarsiya adasına keçirib.

Bu qərar ABŞ-la İranın münasibətlərinin gərginləşməsi fonunda qəbul edilib.

ABŞ Müdafiə Nazirliyi öz növbəsində mətbuatın bu iddiasını təkzib etməyib.

Bundan başqa, ABŞ-ın Yaxın Şərqə daha 200 hərbçi göndərəcəyi bildirilir.