• 1 May 2024
logo
Ukrayna bu istiqamətdə böyük itkilər verdi

Ukrayna bu istiqamətdə böyük itkilər verdi

Ukrayna ordusu Donetsk vilayətinin Artyomovsk rayonu ərazisində gedən döyüşlərdə ciddi itkilər verib.
Baymedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
Bildirilib ki, noyabrın 25-də Ukrayna hərbçiləri arasında ölən və yaralananların sayı çox olub:
“Gün ərzində hospitallara güllə, qəlpə yaraları və beyin silkələnməsi ilə 240 yaralı gətirilib”.
Qəzetin məlumatına görə, Kiyev Artyomovsk istiqamətinə xüsusi təyinatlılar və ərazi müdafiə batalyonunun az təlim keçmiş hərbçilərindən ibarət dəstək göndərib.