Pakistanın Lahor şəhərində beynəlxalq hava limanında atışma baş verib.
Trend-in məlumatına görə, 2 nəfər aldığı ölümcül yaradan dünyasını dəyişib. Daha 3 nəfərin yaralandığı bildirlir. İnsident zamanı aeroportdakı sərnişinlər arasında təşviş yaranıb.
Atəş açan şəxs polis tərəfindən saxlanılıb və istintaq üçün pois məntəqəsinə aparılır.
Hazırda təhlükəsizlik məqsədilə aeroport ərazisinə giriş və çıxış məhdudlaşdırılıb.