• 10 İyul 2025
logo
Koronavirus İranın 28 vilayətinə yayılıb

Koronavirus İranın 28 vilayətinə yayılıb

İndiyədək İranın 31 vilayətinin 28 vilayətində yeni koronavirusa (Covid 19) yoluxma halı təsdiqlənib.

Trend-in məlumatına görə, bu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hazırladığı infoqrafikada öz əksini tapıb.

İnfoqrafikaya əsasən, 2 336 nəfərin yeni virusa yoluxma halı və 77 nəfərin bu virus nəticəsində dünyasını dəyişməsi təsdiqlənib. İndiyədək 435 nəfər sağalıb.