• 7 İyul 2025
logo
Koronavirus Polşaya çatdı

Koronavirus Polşaya çatdı

Polşada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə naziri Lukaş Şumovski mətbuat konfransı zamanı bildirib.

O bildirib ki, xəstə Polşaya Almaniyadan gəlib. Həmin şəxs barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, koronavirus hazırda 73 ölkədə yayılıb. Yoluxanların sayı 90 min nəfəri ötüb.