• 4 İyul 2025
logo
Tramp: Koronavirusla mübarizədə İrana kömək edə bilərik

Tramp: Koronavirusla mübarizədə İrana kömək edə bilərik

İran qəbul edəcəyi təqdirdə ABŞ koronavirusla mübarizə ilə bağlı bu ölkəyə kömək göstərməyə hazırdır.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində deyib.

D.Tramp bildirib ki, ABŞ bu virusun öhdəsindən yüksək səviyyədə gəlir:

“Bizdə dünyanın ən yaxşı həkimləri işləyir. Biz bu mübarizədə bir çox ölkəyə kömək edirik. İran istəsə, onlara da kömək edə bilərik. Onlar çox ziyan çəkib”.