• 6 İyul 2025
logo
Fransada koronavirusa görə 150-yə yaxın məktəb bağlı qalıb

Fransada koronavirusa görə 150-yə yaxın məktəb bağlı qalıb

Fransada koronavirusla əlaqədar 150-yə yaxın məktəb bağlı qalır.

Bunu ölkənin Təhsil naziri Jan-Mişel Blanker deyib.

O bildirib ki, məktəblərin bağlanması ümumilikdə 35-40 min şagirdə təsir göstərib.

Eyni zamanda, ölkədə bütün məktəblərin bağlanmasının planlaşdırılmadığı deyilir.

Son məlumatlara əsasən, Fransada 285 nəfər koronavirusa yoluxub.