Rusiya ordusu Ukraynaya kütləvi PUA hücumu həyata keçirib.
Baymedia.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.
Məlumata görə, Ukrayna ordusu son sutkada Rusiyaya məxsus 34 PUA-nı məhv edib. PUA-ların əksəriyyəti Nikolayev və Odessa bölgələrində vurulub.