• 12 İyul 2025
logo
İrana gedən gəmi Volqa-Xəzər kanalında quruya oturdu

İrana gedən gəmi Volqa-Xəzər kanalında quruya oturdu

İrana gedən “Henrix Həsənov” yük gəmisi Volqa-Xəzər kanalında quruya oturub.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.

Oktyabrın 9-da İranın Əmirabad limanına gedən “Henrix Həsənov” yük gəmisi Volqa-Xəzər kanalının 150,4 km-də quruya oturub. Nəticədə kanalda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 14 nəfər heyəti olan gəmiyə heç bir ziyan dəyməyib, yanacağın dağılması baş verməyib və xəsarət alan olmayıb.

Gəmi daha sonra hərəkətini davam etdirib.