• 14 İyul 2025
logo
İsraili dayandırmaq mümkün deyil

İsraili dayandırmaq mümkün deyil

Fələstin-İsrail qarşıdurması getdikcə qızışır

Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladı. Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir. İsrailin Baş naziri Benyamin Netanyahu deyib: “Bu nə əməliyyat, nə də eskalasiyadır. Bu müharibədir. Biz qalib gələcəyik. HƏMAS bu müharibənin misli görünməmiş bədəlini ödəyəcək. Mən sərhəddəki yaşayış məntəqələrinin terrorçulardan təmizlənməsini və ehtiyatda olan hərbçilərin səfərbər edilməsini əmr etmişəm". Netanyahu onu qeyd edib ki, İsrail bu qara günün qisasını alacaq. Fələstin lideri Mahmud Abbas elə həmin gün əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib. O, iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib: “İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır”.
İranın ali rəhbəri Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, Tehran HƏMAS-ı dəstəkləyir və bu əməliyyata görə ona təşəkkür edir. “Biz Qüdsün azadlığı uğrunda fələstinli mübarizlərlə çiyin-çiyinə dayanacağıq”, - o bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri da HƏMAS-ın İsrailə hücumlarına dəstək verib. O, HƏMAS silahlılarının hücumunun qürurverici olduğunu deyib. "İsrailin dağılması kabusu bu rejimin rəhbərləri üçün reallığa çevrilib. Dünənki hərbi əməliyyat müqəddəs qəzəbin məhsuludur”, - Bagiri bildirib.
İsrail Prezidenti İshaq Hersoq HƏMAS-ın İsrailə hücumunda İranın əli olduğunu deyib. O , bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
"Bu gün HƏMAS-ın əsl üzünü gördük. Tək məqsədi günahsız kişi, qadın və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror ordusu... Onlar İrandakı qoruyucu komandirlərinin dəstəyi və rəhbərliyi ilə yəhudilərin müqəddəs günündə heç bir səbəb olmadan İsrailə iyrənc hücum həyata keçirdilər. Günahsız dinc sakinlər öldürülüb və yaralanıb, çoxlu sayda insan hələ də hücuma məruz qalır", - o qeyd edib.
İran ali dini rəhbəri Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Fələstin Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və “İslami-Cihad” Hərəkatının katibi Ziad ən-Nəxaliyə ünvanladığı müraciətində deyib: "Fələstinlilərin İsrailə qarşı genişmiqyaslı uğurlu əməliyyatı rejimin süqutunu sürətləndirəcək" . Vilayəti bildirib ki, “terrorçu sionist rejim”in hökmranlıq və zülm dövrü bitdi: “İşğal olunmuş ərazilərdə davam edən hadisələr Fələstində islami müqavimət cəbhəsinin gücünün təzahürüdür. Bu əməliyyat İsrailin işğal olunmuş ərazilərdə davamlı cinayətlərinə cavabdır”.
İranın paytaxtı Tehranda minlərlə insan Fələstin meydanına toplaşaraq, bu günü atəşfəşanlıqla qeyd edib. İranın “Iran Newspaper” hökumət qəzeti israillinin ölümü münasibətilə oxucularını təbrik edib. “Biz minə çatdıq! Sionist rejim mediası 7 oktyabrda müqavimət qüvvələrinin hücumu nəticəsində itkilərin 1000 nəfərə çatdığını bildirib!” - məlumat deyilir.
İranın ali dini lideri Ayətullah Əli Xamenei İran televiziyasında çıxışı zamanı deyib ki, sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük. “Bu fəlakətdə sionist rejimin hərəkətləri günahkardır”, - Xamenei bildirib.
Qeyd edək ki, Əli Xamenei HƏMAS döyüşçülərinin İsraili hərbi cəhətdən geridönməz məğlubiyyətə uğratdığını və onun suverenliyinin əsaslarını sarsıtdığını bildirmişdi. İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf parlamentin iclasında çıxışı zamanı deyib ki, İran fələstinlilərə dəstək verəcək. O, İsraili qırğın törətməkdə günahlandırıb: “Fələstinlilərə dəstək üçün müsəlman ölkələrin parlament başçıları ilə əlaqə qurmağa, məsləhətləşmələr aparmağa başlanılacaq”.
Həmin gün Ağ Ev rəhbəri İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. ABŞ Prezidenti Co Bayden mediaya açıqlamasında deyib:İsraili tam dəstəkləyirik, nöqtə! “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək. Bu ölkə insanlarının özlərin qoruması üçün hər şeyi edəcəyik!” - deyə Ağ Ev rəhbəri bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu daha sonra almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corciya Meloni və Rişi Sunak və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. İsrail Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda deyilib ki, sözügedən ölkələrin rəhbərləri İsrailin özünü müdafiə hüququnu dəstəkləyib.
Bir gün sonra ABŞ İsrailə kömək əlini uzadıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib.
Qeyd edilib ki, “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir.
“Ford”la yanaşı, ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir. “Bundan əlavə, Bayden Administrasiyası dərhal İsrail ordusunu əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk hərbi yardım bu gün hərəkətə başlayacaq və yaxın günlərdə çatdırılacaq”, - Ostin bildirib.
Onu da xatırladaq ki, Qəzza zolağından İsrailə qarşı raket hücumlarının başlaması HƏMAS və “İslami-Cihad” hərəkatı liderlərinin iyun ayında Tehranda keçirdikləri görüşlərin nəticələrindəndir. İyunun 15-də Fələstinin “İslami-Cihad” hərəkatının baş katibi Ziad ən-Nəxali və onu müşayiət edən nümayəndə heyəti İranın rəhbəri Əli Xamenei ilə görüşmüşdü.
“İslami-Cihad” və HƏMAS rəhbərliyi Xamenei ilə yanaşı, iyunun 18-19-u tarixlərində Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşlər keçirdilər.
Həmin görüşlərdə Nəxali Fələstindəki son hadisələrlə bağlı Əli Xameneiyə hesabat təqdim edərək, İsrailin məhv ediləcəyi ilə bağlı ənənəvi ritorikanı davam etdirmişdi. Xamenei və başqa İran rəsmiləri Fələstinin müqavimət qruplarının gücü və etibarının artdığını deyərək, onların İsrailin məhvi istiqamətindəki fəaliyyətlərini alqışlamışdılar.
Bu görüşlər keçirilən vaxt Tehran hökumətinin bölgədə yeni gərginlik yaratmağa çalışdığı, fələstinli radikal qruplaşmalar vasitəsilə İsrailə qarşı yeni təxribatlar həyata keçirməyə hazırlaşdığı bildirilirdi.
Oktyabrın 3-də isə Əli Xamenei rejim rəsmilərinin bəzi müsəlman ölkələrinin İrandakı səfirləri ilə görüşdə yenidən İsraili təhdid etdi. O, bir sıra müsəlman ölkələrinin İsrail ilə münasibətlərinin yaxşılaşdırılma səylərini pisləyərək, Təl-Əvivlə münasibət quran hökumətlərin bəri başdan uduzduqlarını dedi.
Həmin çıxışında Xamenei İsraili təhdid edib, ölkənin sonunun yaxınlaşdığı barədə ənənəvi fikirlərini təkrarladı.
Ancaq hər zaman İsrailin İran və müsəlman dövlətləri vasitəsilə məhv ediləcəyini iddia edən Xamenei bu dəfə başqa ideya irəli sürüb. “Bu gün Fələstin hərəkatı daha güclü və fəaldır. İşğalçı rejim ölüm ayağındadır və aradan getməlidir. Bu, Fələstinin müqaviməti və fələstinli gənclərin əli ilə baş verəcək”, - Xamenei deyib.
"Voll Strit Jurnalı" da İsrailə hücum planın İran tərəfindən hazırlandığını yazıb. Qeyd olunub ki, hücum əməliyyatı cari ilin avqustundan oktyabrına qədər HƏMAS ilə razılaşdırılıb. Hər şey hazır olandan sonra Tehran əməliyyat üçün "yaşıl işıq" yandırıb.
İranın BMT-dəki daimi nümayəndəliyindən isə Bildirilib ki, İran İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir. “Fələstinin qəbul etdiyi qərarlar müstəqildir və hər zaman xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab addımlarında iştirak etmirik, çünki bu, yalnız Fələstinin məsuliyyətidir”, - məlumatda qeyd olunub.
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib ki, Livan Hizbullahı İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edərsə, biz - Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi cavab verməliyik.
Qrehem bildirib ki, ABŞ sözügedən halda İranın dörd neft emalı zavodunu vurmalıdır.
İsrail bu hücuma hazlrlı olmadığına görə qınanılıb. “Blumberq” yazıb ki, HƏMAS terrorçularının İsrailə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrail kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər. “Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - nəşr bildirib.
Karnegi Fondunun baş elmi işçisi Aaron Devid Miller isə deyib ki, israillilər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar: “Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”.Hətta o da deyilib ki, HƏMAS-ı hücuma aparan əl Moskvadadır. Bunu isə Britaniya ordusunun ehtiyatda olan polkovniki Riçard Kemp deyib. “İsraildəki müharibə təkcə Qəzzadan olan terrorçuların amansız hücumu deyil. NATO ilə birbaşa qarşılaşmaq istəməyən Putin əvəzində Azərbaycanla Ermənistan, Serbiya və Kosova arasında, Qərbi Afrikada və indi də İsraildə münaqişəni qızışdırır”, - Kemp bildirib.
ABŞ Dövlət katibi Entoni Blinkenin fikrincə, HƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır. Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.
HƏMAS-ın İsrailə məlum hücumu ilə bağlı Bnai Brith International Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Salman “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb:
- Əlində silah, dilində Allah sözü olan HƏMAS üzvləri kimlərdir?
- HƏMAS radikal islamı özlərinə ideogiya olaraq seçən paramilitar bir təşkilatdır. Müsəlman qardaşlar (İxvanil Müslümün) cəmiyyətindən təsirlənən HƏMAS Fələstin bölgəsində radikal İslam dövləti qurmağı planlaşdırır. Yarandığı ilk gündən terrroru özünə bir istiqamət seçən HƏMAS İsraildə müxtəlif zamanlarda terror hadisiləri törədərək sivil insanların ölümünə səbəb olmuşdur. Bildiyiniz kimi Fələstin muxtariyyətində iki hakimiyyət mövcuddur. Qəzza zolağında HIMAS Ramallahda isə Fələstin Qurtuluş Təşkilatının hakimiyyəti mövcuddur. Qeyd edim ki, bu iki qüvvə bir-birinə ziddir daima mübarizə və müharibə içərisindədir. Dünyada Fələstin xalqının təmsilçisi Ramallahdakı fələstin hökümətidir. HƏMAS bu gün Qəzza zolağında fələstin xalqına göz yaşı acıdan başqa heç bir şey vermir. Hər il dünyadan və müsəlman dünyasından Qəzza xalqına milyon dollarla yardım ayrılır bu yardımlar məktəblər xəsdəxanların tikintisi, məzlum xalqın rifahı üçün yox, bomba və təxribatlar üçün xərclənir. Bu gündə HƏMAS fələstin xalqını yeni bir faciəyəyə aparır. Qeyd edim ki, HƏMAS Amerika, Avropa Birliyi tərəfindən terror təşkilatı siyahısına salınmışdır.
- İsrail HƏMAS-ın bu qədər güclü hava qüvvələrinə malik olduğunu düşünməzdi...
- Yuxarda qeyd etdiyim ki, HƏMAS dünyadan gələn yardımları xalqa yox təxribata bombaların hazırlanmasına xərcləyir. Düşünürəm ki, İsrailin daxili kəşfiyyat xidməti “Şin Bet” və “Mossad”ın bu məsələ də məsuliyyətsizliyi var və müharibə bitəndən sonra təqsirli şəxslər cəzalanacaq. Qeyd edim ki, HƏMAS dünyada radikal qruplarla əlaqələri və onlarla açıq və gizli əmakdaşlıq edir. Bu baxımından HƏMAS həmin ölkələr və təçkilatlardan silah-sursat və digər təxribat törədəcək vasitələr alır. İsrail dövləti bu hücümun qarşısını alacaq və bu müharibə yəhudi və fələstin xalqı arasında çətin sağalacaq daha bir yara açacaq və İsrail Fələstin arasında ola biləcək barışı çətinləşdirəcək.
- Fələstin-İsrail münaqişəsində fikirlər haçalanır. Bir qism İsrailin Fələstin torpaqlarını işğal etdiyini söyləyir... Digər qism əksini fikirləşir və İsrailə haqq qazandırır...
- Mən bildirmək istəyirəm ki, 1948-ci ildə BMT qərarına əsasən bölgədə iki dövlət yaradılacaqdı - İsrail və Fələstin. Yəhudi xalqı bu qərara əsasən 14 may da öz dövlətlərini elan etdilər. Lakin Fələstin xalqı bu qərara etiraz etdi öz dövlətlərini yaratmadılar və bununla bərabər İordaniya Yürüsəlim daxil olmaqla İordan çayının qərb sahilini Misir Qəzzanı Suriyə isə Golan təpələrini işğal etdi və beş ərəb ölkəsi İsrailə müharibə elan etmişdir və bu müharibəni uduzmuşdur. Yenə Fələstin xalqı öz dövlətlərini qurmaq yerinə 1967-ci ildə yenidən Misir başdaq olmaqla ərəb ölkələri İsrailə hücum etmişdir və məğlub olmuşdur. Bu gün İsrail Orta Şərqin ən inkişaf etmiş demokratik ölkəsidir. Həmçinin o torpaqlar üç dininqəbul etdiyi Davud Peyğəmbərlə başlayır ki, Davud paytaxtı Yerüsəlim (Qüds) olmaqla İsrail krallığını qurmuşdur.
- Açıq etiraf edək ki, İsrail HƏMAS-ın hücumuna hazır deyildi…
- Bu hücüm yəhudi bayramına və Şabbat gününə təsadüf elədi. Hücum göstəriri ki, HƏMAS bu təxribata aylar əvvəl hazırlanıb. Yuxarda da, qeyd etdiyim kimi İsrail daxili kəşfiyyat xidməti Şin Bet və MOSSAD bu məsələdə məsuliyyət daşıyırlar və müharibədən sonra təqsirli şəxslər cəzalanacaq. Lakin İsrail ordusu dünyanın ən güclü və donanımlı ordusudur və tez bir zamanda vəziyyətə hakim olacaq və yenidən sabitliyi quracaq.
- İsrail son aylarda bir sıra ərəb dövlətləri ilə münasibətlərini normallaşdırsa da HƏMAS-ın bu hücumunu ərəb dövlətləri arasında dəstəkləyənlər də oldu...
- Son zamanlar İsrail ilə ərəb ölkələri arasında normallaşma başlayıb və bu bölgədə sülhün gəlməsi üçün çox vacibdir. Lakin mən düşünürəm ki, HƏMAS-ın bu təxribatı İsrail ilə ərəb ölkələri arasında olan yaxınlşamaya edilmiş bir təxribatdır. Çünki, dünyada və bölgədə İsrail ilə ərəb ölkələrinin yaxınlaşmasını bölgədə sülhün gəlməsini istətəmirlər. Məhz bu qüvvələr HƏMAS kimi radikal təşkilatlar vasitəsi ilə bu cür təxribatlara əl atırlar. Siz dediyiniz ölkələrə gəlincə, bəli, bəzi ərəb ölkələri var ki, radikalizmi və müharibəni dəstəkləri lakin, bölgədə sülhün tək yolunun qarşıqlı dioloq və yaxınlaşmadan keçir. İsraili tanımadan bölgədə nə sülh olar, nə də inkişaf ki, bəzi ərəb ölkələri bu səbəbdən İsraillə diplomatik münasibətləri bərpa edir hətda beynəlxalq layihələr keçirməyi planlaşdırırlar.
- HƏMAS və “İslami-Cihad” hərəkatı liderlərinin iyun ayında Tehranda İranın rəhbəri Əli Xamenei ilə görüşüblər. Bu onu deməyə əsas vermir ki, elə vaxtdan hücuma hazırlıq görülüb.
- İran nəinki Fələstində radikal qruplarla, Hizbullah təşkilatının qurucusu və əsas dəstəkçisidir. İran bölgədə barışın gəlməsini istəməyən əsas fiqurdur. Bu səbəbədən istər HƏMAS, “İslami Cihad” və Hizbullah terrror təşkilatları ilə təxribatlara əl atır. Iran tək məqsədi var ki, yəhudi dövlətinin varlığına son qoysun və bunun üçün bütün qüvvələrə açıq və gizli dəstək verilir. HƏMAS-ın bu hücumu region ölkələrinin İsraillə yaxınlaşmasınından sonra gəlməsi bir daha göstəririr ki, İran və digər qüvvələr bölgədə sülhün gəlməsini istəmirlər tək məqsədlərinin regionda İsrail dövlətinin varlığına son qoyulmasıdır. İran bölgə də sülhə ən böyük əngəldir .
- Sirr deyil ki, HƏMAS-ı İran maliyyələşdirir, dəstəkləyir, deməli, hücum planı İranda hazırlanıb. İsrailin İrana cavabı necə ola bilər?
- İran nəinki HƏMAS-I, bölgədə olan digər radikal qrupları dəstəkləyir. İsrail dövləti əlbəttə sabitliyi bərqərar etdikdən sonra bu məsələdə əli olan hər kəsə cavab verəcəkdir. Bu birbaşa və ya gizli ola bilər. Amma bir şey var ki, İsrail unutmur və zamanında və yerində günahsız vətəndaşlarının intiqamını alacaq. İsrail dəfələrlə beynəlxalq təşkilatların kürsüsündən İran təxribaları haqqında xəbərdarlıq edib. Düşünürəm ki, bu müharibə regionda çox şeyi dəyişəcək həm İsrailin xarici siyasət konsepsiyasını, həm də müdafiə konsepsiyasını. Lakin İsrailin İrana cavabı yalnız açıq müharibə ilə başqa üsüllarla da verilə bilər və veriləcək.
- ABŞ İsrailin yanındadır. Amma bu vaxtadək müharibə bəyanatları vermələrinə baxmayaraq heç bir ölkə İrana qarşı açıq mübarizəyə başlamayıb. Nədən çəkinirlər?
- ABŞ İsrailin yanındadır və Amerika ən böyük hərbi gəmisini İsrailə göndərir. Lakin Amerika və digər ölkələr İranla açıq müharibə yerinə onlarla danışıqlara üstünlük verirlər. Mən düşünürəm ki, artıq regionda İranla müharibə qismində olmasa da daha sərt mübarizə üsuluna keçiləcək. İranın əlində min kilometrlərlə uzağı vuracaq raketlət mövcuddur ki, bu regionu ciddi təhlükə altına qoyur. Mənim qənaətimə görə regionda İrana qarşı bundan sonra fərqli bir siyas konsept həyata keçirələcək.
- İsrail-Fələstin münaqişəsi hansı hallarda, şərtlərlə başa çata bilər.
- İsrail-Fələstin münaqişəsi həll olunması çox çətin bir prosesdir. İlk öncə bu məsələdə İran kimi təxribat törədən faktorları kənara atıb iki xalq arasında açıq dialoq olmalıdır. Ən əsas məsələlərdən biri fələstin xalqının İsraili qəbul etmələrindən keçir. Çünki hələ də bəzi qüvvələrdə İsrail xəritədən silib regionda varlığına son qoymaq istəyirlər. Bundan əlavə ən əsas məsələ Yerusəlim (Qüds) məsələsidir ki, bu şəhər problemin başlıca səbəblərindən biridir. Hər üç din üçün müqəddəs sayılan şəhər İsrailin paytaxtıdır. Məncə bu problemin tək yolu iki xalqında bir birinin varlığını qəbul etmələrində keçir və ən əsas digər qüvvələrin əlini bu məsələdən çəkmələri lazımdir ki, iki xalq bir biri ilə sülh içində yaşasınlar. Çünki hər iki dində də barışı sülhü səsləyir və iki xalqda sevsələrdə sevməsələrdə birlikdə yaşamağa məcburdurlar onun üçün bu problemin tək çıxış yolu bir birini qəbul etməkdən keçir.
Qeyd edək ki, İsrail ordusunun endirdiyi zərbələr nəticəsində məcburi köçkünlərin sayı 187 minə çatıb. İsrail ordusunun (ÇAXAL) “Dəmir qılnc” əməliyyatına başlamasından bəri İsrail ərazisində məhv edilən HƏMAS silahlılarının sayı 1500-ə çatıb. Bu barədə “Skay Nyus” İsrail ordusuna istinadla məlumat yayıb. Bildirilib ki, İsrail ərazisində 1500 silahlının cəsədi tapılıb.
HƏMAS-ın hücumları nəticəsində isə indiyə qədər 1200 israilli öldürülüb. Bu barədə “Haaretz” nəşri yazıb. Bildirilib ki, yaralıların sayı 2616 nəfərə qalxıb. İsrail ordusunun isə 70 hərbçisi həlak olub.

Cavid