• 1 İyul 2025
logo
Suriya da 3 günlük matəm elan etdi

Suriya da 3 günlük matəm elan etdi

Qəzzada xəstəxanaya hücum nəticəsində ölənlərin xatirəsinə Suriyada 3 günlük matəm elan edilib.

Baymedia.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Bu müddət ərzində Suriyada və onun xaricdəki bütün səfirliklərində bayraqlar yarıya endirilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində 800 nəfər həyatını itirib.