• 13 İyul 2025
logo
Xəstəxanaya zərbə: İsrail BMT-yə sübut göndərdi

Xəstəxanaya zərbə: İsrail BMT-yə sübut göndərdi

İsrail BMT Təhlükəsizlik Şurasının bu gün keçirilməsi planlaşdırılan iclasının iştirakçılarına xəstəxanaya hücumda iştirak etmədiyini sübut edən məlumatlar, o cümlədən müxtəlif videolar təqdim edib.

Baymedia.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.

“Biz oraya müxtəlif videomateriallar göndərdik ki, Təhlükəsizlik Şurasının iclası zamanı onların da qarşısında bu məlumatlar olsun”, - səfir bildirib.

Qeyd edək ki, bu gün bakı vaxtı ilə 18:00-da BMT TŞ-nin Qəzza ilə bağlı fövqəladə toplantısı gözlənilir.