HƏMAS Qəzza zolağında İsrailə aid helikopteri vurub.
Baymedia.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı “İzəddin əl-Qəssam Briqadası”nın Teleqram kanalında məlumat yayılıb.
“İzəddin əl-Qəssam Briqadası”nın döyüşçüləri Əl-Büreyc düşərgəsinin şərqində İsrail helikopterinə “Sam7” raketi buraxıblar. Döyüşçülərimiz təsdiq edir ki, hədəf vurulub”, - məlumatda qeyd olunub.
İsrail tərəfi hadisə ilə bağlı məlumat verməyib.